Şərtlər

Rent a Car Terms

LAZIM OLUNAN SƏNƏDLƏR:

• Pasport (Şəxsiyyət vəsiqəsi – Ş/v): Yaş həddi Minimum – 24 / Maksimum – 65;
• Sürücülük vəsiqəsi: Minimal sürücülük təcrübəsi – 2 il. Sürücülük təcrübəniz az olduqda sürücü xidmətimizi təklif edə bilərik.

İCARƏ MÜDDƏTİ:

• Minimal icarə müddəti – Bakı şəhərində 3 gün;
• Müddətin hesablanması müqavilənin imzalandığı və avtomobilin təhvil alındığı andan etibarən başlayır;
• Avtomobil təhvil verilmə vaxtından 4 saatdan çox gecikərsə, əlavə gün hesablanaraq, müştəri ödəniş edir;
• Avtomobil vaxtından əvvəl qaytarıldıqda istifadə edilməmiş günlər üçün ödəniş geri qaytarılmır.

ÖDƏNİŞ:

• Ödəniş növləri: bank köçürməsi, bank kartı və ya nağd;
• Müştəri avtomobili götürdüyü vaxt kirayə haqqını tam şəkildə ödəyir;
• Avtomobilin modelindən asılı olaraq minimum 300 AZN depozit ödənilməlidir. Bu məbləğ qəza hadisəsi və cərimələr olmadığı halda geri qaytarılır.

Qiymətə daxildir:

• Saz vəziyyətdə olan və servisdə mütəmadi olaraq yoxlanış keçmiş, yeni model avtomobillər;
• Tam sığorta (KASKO + İCBARİ);
• Limitsiz yürüş;
• İstədiyiniz yer və vaxtda avtomobilin çatdırılması və təhvil alınması xidməti;
• Əlavə sürücünün qeydiyyatı;
• Avtomobili Azərbaycan Respublikası ərazisində sürmək olar. Sərhədi keçməy olmaz!
• Sifarişin ödənişsiz dəyişdirilməsi və ləğvi (ən azı 3 gün əvvəlcədən bildirilməlidir).

Qiymətə daxil deyildir:

• İcarə müddətinin sonunda artıq yanacaq haqqı geri qaytarılmır;
• Avtoyuma; Parklama; Yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı cərimələr;
• Avtomobilin daxili və xarici zədələnməsi, təkərin zədələnməsi.

ƏLAVƏ TƏCHİZAT VƏ QİYMƏTLƏR:

• GPS – Naviqasiya sistemi (Android sistemli) – gündəlik 10 AZN;
• Uşaq oturacağı (1-7 yaş) – gündəlik 10 AZN.

QADAĞANDIR:
• Avtomobildə siqaret çəkmək – cərimə 100AZN;
• Avtomobilin açarı itirilərsə, yeni açara görə ödəniş – 300AZN;
• Spirtli içki qəbul edib avtomobili idarə etmək – 1000AZN cərimə;
• Avtomobili ovda və yolsuzluqda istifadə etmək – 5000AZN cərimə.

QEYD: Bz müştərilərimizin hüquqlarına hörmət edir və şəxsi məlumatlarınızın məxfiliyinə zəmanət veririk. Sifariş edərkən siz kirayə şərtləri ilə razı olduğunuzu və onları qəbul etdiyinizi təsdiqləyirsiniz. Avtomobili icarəyə götürərkən icarə müqaviləsi imzalayırsınız. Müqaviləsinin şərtlərindən istənilən biri sizə uyğun deyilsə, bu haqda şirkət ilə müzakirə etmək olar.

Əlavə suallar olduğu halda +99455 399 97 79 (WhatsApp & Viber) nömrəsinə zəng edin.

Brendlər