Rental Hyundai in Baku

Hyundai şirkətinin qlobal model çeşidindəki ən yığcam krossover 3995 millimetrlik uzunluğa malik olan Venue modelidir. Ancaq belə avtomobillər Amerika, Hindistan və Cənubi Koreyada satılır. Avropa bazrı üçün isə, şirkət başqa bir krossoveri hazırlayıb. Hətta onun üçün müvafiq bir ad da seçiblər: yeni Hyundai Bayon modeli, Fransanın cənub-qərbindəki Basklar ölkəsindəki Bayonn şəhərinin adını daşıyır.

Əslində, Bayon yeni nəsil Hyundai i20 hetçbekinin orijinal kuzovu və markanın iri krossoverlərinin üslubunda dizayna malik olan kross versiyasıdır. Krossoverin təkər bazası i20 (2580 millimetr) modeli ilə eynidir, lakin ölçüləri bir qədər böyükdür: onun uzunluğu 4180 millimetr (+ 140 millimetr), eni – 1775 millimetr (+ 11 millimetr), hündürlüyü isə 1490 (+ 40 millimetr) millimetrdir. Avtomobili 15 – 17 düym arasında ölçüləri olan təkər diskləri ilə sifariş etmək mümkündür. Bəyan edilən klirens 165, ən iri disklərlə isə 183 millimetr təşkil edir.

Salon i20 hetçbekindən daha genişdir, lakin eyni üslubda tərtib edilib. Krossoverin təchizatına 10,25-düymlük virtual cihazlar paneli, habelə Apple CarPlay və Android Auto protokollarını dəstəkləyən mediasistem (təchizatdan asılı olaraq 8,0 və ya 10,25 düymlük). Bundan başqa, qadcetlərin simsiz doldurulması sistemi, səkkiz dinamikli Bose səs sistemi və bir neçə oturacaq örtüyü variantı var.

Bayon modeli avtomatik əyləcləmə, zolaq saxlama və kor zonalar nəzarət sistemlərinə və naviqator məlumatlarına əsasən sürəti avtomatik olaraq tənzimləyən adaptiv kruiz-kontrola malikdir. Baqaj bölməsinin tutumu 411 litrdir və i20 hetçbekindən olduğundan 60 litr çoxdur. Arxa oturacaqların qatlanması halda tutum 1205 litrə çatır.

Hər iki modelin mühərrik çeşidi eynidir. Baza aqreqatı sayılan 84 at qüvvəli 1,2-litrlik dördsilindrli 1,2 MPi atmosfer mühərriki yalnız beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. 100 at qüvvəli 1.0 T-GDi üşsilindrli turbomühərrikini opsional 48-voltluq mülayim hibrid əlavə sifariş edilə bilər. 120 at qüvvəli versiya isə standart olaraq belə sistem ilə təchiz edilir. Bu mühərrik həm iki muftalı yeddi pilləli “robot”, həm də altı pilləli mexaniki transmissiya ilə tandemdə çalışır.

48 voltluq startyor-generatoru olan versiyalar sadə mexaniki ötürmə qutusu ilə deyil, mufta pedalının “naqillər” ilə işlədiyi iMT transmissiyası ilə təchiz edilir. Elektronika, akselerator pedalına basılmadığında və avtomobil gillətmə ilə getdikdə, sərbəst şəkildə muftanı ayıra bilər. Sport rejimində isə, ötürmələrin dəyişməsi zamanı, dirsəkli valın dövrələrinin avtomatik tənzimlənməsi funksiyası da aktivləşdirilir. Bütün versiyalar ön ötürməlidirlər. Qeyd etmək lazımdır ki, Avropa bazarında satılan belə avtomobillərin 4×4 transmissiyasına elə də ehtiyacı yoxdur.

Hyundai Bayon krossoverinin istehsalı Türkiyədəki zavoda yerləşdiriləcəkdir. Qeyd etmək lazımdır ki, Avropada satılan Hyundai i20 hetçbeki həmin zavodda istehsal edilir. Krossoverin satışlarına yaya yaxın start veriləcəkdir.


Mənbəə: Autograph